Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnduizmə etiqad edənlər İsveç istehsalçısına qəzəbləniblər

İnduizmə etiqad edənlər İsveç istehsalçısına qəzəbləniblər

Tarix: 17 Yanvar 2020 00:46

İnduizmə etiqad edənlər şortlara onların tanrısının təsvirini vurduğuna görə İsveç istehsalçısına qəzəbləniblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hiddətlənmiş hindular Stokholmun "Hoodie Lab" şirkətini üzərində hindu panteonunun ən sayılıb-seçilən tanrılarından birinin - Qaneşunun təsviri olan şortları satışdan çıxarmağa, habelə üzr istəməyə çağırıblar.

Dünya İnduizm Cəmiyyətinin prezidenti Racan Zed bildirib ki, induizmdə Qaneşu ən çox sitayiş edilən tanrılardandır. Qaneşunun təsvirləri ilə insan bədəninin müxtəlif nahiyələrini bəzəmək deyil, ona məbədlərdə, o cümlədən ev məbədlərində sitayiş etmək lazımdır. Din xadiminin sözlərinə görə, hindu tanrılarından, konsepsiyalarından və simvollarından kommersiya və digər məqsədlərlə istifadə etmək yanlışdır, yolverilməzdir, çünki induizmə etiqad edənlərin dini hisslərini incidir. O, "Hoodie Lab" şirkətini və onun baş direktorunu şortları satışdan çıxarmaqla bərabər, rəsmi üzrxahlıq etməyə çağırıb.

Qeyd edək ki, induizm ən qədim dinlərdən biridir və ona etiqad edənlərin sayına görə dünyada üçüncü yeri tutur: təqribən 1,1 milyard insan. İnduizmdə Qaneşuya müdriklik tanrısı kimi sitayiş edirlər.


Etiketlər:  İnduizmə etiqad edənlər İsveç istehsalçısına qəzəbləniblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ