Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il qlobal neft tələbatı gündəlik 1,2 milyon barrel artacaq

Bu il qlobal neft tələbatı gündəlik 1,2 milyon barrel artacaq

Tarix: 17 Yanvar 2020 07:22

Cari ildə qlobal neft tələbatının sutkada 1,2 milyon barrel çoxalacağı gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2020-ci ildə qlobal neft tələbatı gündəlik 1 milyon 200 min barrel artaraq orta hesabla 102 milyon 700 min barrel təşkil edəcək. Agentlik əvvəlki proqnozunda bu il üzrə neft tələbatının sutkalıq artım tempinin 1 milyon 200 min barrel planlaşdırırdı.

IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 600 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.


Etiketlər:  qlobal neft tələbatı gündəlik milyon barrel artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ