Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 07:48
Serbiyanın yeni tarixində ilk dəfə olaraq əhalinin sayı kritik həddə düşüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkədə doğulan uşaqların sayı artsa da, bu göstərici ölənlərlə müqayisədə xeyli azdır. Bu da ümumi sayın 7 milyon nəfərdən aşağı düşməsinə səbəb olub. Son statistik göstəricilərə əsasən, ötən il Serbiyada 63 min uşaq doğulub, 103 min nəfər isə həyatını itirib.
Bu göstəricilərlə Serbiya və qonşusu Bolqarıstan BMT-nin proqnozlarına görə, 2040-cı ilədək əhalilərinin 40 faizini itirə bilərlər.
Serbiyada orta yaş həddi 43-dür. Ortalama bir ailəyə isə 1,48 uşaq sayı düşür. Artımı təmin etmək üçün isə doğum faizi ailəyə 2,1 olmalıdır.