Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 14:56
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində PKK terror təşkilatının silahlılarına qarşı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, əməliyyat zamanı PKK-nın xüsusi təhlükəli terrorçusu məhv edilib.
Qeyd olunur ki, “Canfəda” ləqəbli Mehdi Danıy terrorçuların ideoloji hazırlığı ilə məşğul olurmuş.
Bundan başqa, o, Türkiyə ordusuna qarşı dağlıq ərazilərdə hücumların təşkil olunmasında iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin