Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 16:03
Balakən rayonunun Talalar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin