Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternet xidmətinə görə ödənişlərin vaxt məhdudiyyətində dəyişiklik edildi

İnternet xidmətinə görə ödənişlərin vaxt məhdudiyyətində dəyişiklik edildi

Tarix: 16 May 2019 15:36

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İnternet xidmətinə görə ödənişlərin vaxt məhdudiyyətində dəyişiklik edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ