Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Tarix: 17 Yanvar 2020 16:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb.

Trend-in məlumatına görə, Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır.

Onun sözlərinə görə, psixi xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatını aparmaq mümkün deyil: "Biz psixi xəstələri qeydiyyata salmırıq, çünki bu Konstitusiyamıza ziddir. Mərkəzdə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil".

F.İsmayılov psixi xəstələrin stiqmalarının olduğunu da söyləyib: "Onlar psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun onların sonrakı fəaliyyətinə mənfi təsir edəcəyini düşünürlər. Amma buna baxmayaraq, əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb. Bu da müsbət haldır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ