Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 16:54
Bakı. İlhamə İsabalayeva - Trend:
Depressiv xəstələrdə kardioloji problemlərin yaranma riski 10 dəfə çoxdur. Kardioloji xəstələrin 30 faizində depressiv hallar müşahidə edə bilərik.
Trend-in məlumatına görə, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kardioloji problemləri olan insanlarda sağlam insanlara nisbətən həm depresiya, həm təşvişli pozuntular, həm də stresslə bağlı pozuntular daha çox olur.
F.İsmayılov əlavə edib ki, kardioloji xəstələrin müəyyən hissəsində depressiv hallar müşahidə edilsə də, onların ilkin şikayətləri depressiya ilə bağlı olmur. Belə xəstələr ürəkdə ağrının olması şikayəti ilə müraciət edirlər və bu hal da depressiv xəstələrə xasdır. 50 yaşdan sonra insanlarda həm kardioloji problemlər, həm də psixoloji problemlər çox olur. Onlara xüsusi diqqət və yanaşma lazımdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin