Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu ağır xəstəliyə tutulub

Ronaldu ağır xəstəliyə tutulub

Tarix: 17 Yanvar 2020 16:56

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu komandanın son məşqində iştirak etməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna portuqaliyalı hücumçunun xəstələnməsi səbəb olub.

Sinusit (burnunun selikli qişasının bir və ya bir neçə əlavə boşluqlarının iltihabı) xəstəliyinə tutulan 35 yaşlı futbolçunun İtaliya A Seriyasının 20-ci turunda "Parma"ya qarşı keçiriləcək görüşdə oynayıb-oynamayacağı da məlum deyil.

Qeyd edək ki, Ronaldu daha öncə eyni səbəbdən "Udineze" ilə kubok matçında da komandasına kömək edə bilməyib.

Milli.Az


Etiketlər:  Ronaldu ağır xəstəliyə tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ