Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigeriyada qarət 14 nəfərin ölümünə səbəb olub

Nigeriyada qarət 14 nəfərin ölümünə səbəb olub

Tarix: 18 Yanvar 2020 01:48

Bakı. Trend:

Nigeriyanın Zamfara ştatının yaşayış məntəqəsinin birinə bir qrup silahlı şəxs tərəfindən edilən qarət nəticəsində ən az 14 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Daily Post" qəzeti Zamfara ştatı polisinə istinadən bildirib.

Bildirilib ki, hadisə yanvarın 15-də baş verib.

Şahidlərin sözlərinə görə, səhər saat 9 radələrində motosikletdə olan 40-dan çox adam kəndə girib. Cinayətkarlar sakinlərə evlərini tərk etməmələrini əmr ediblər.

Daha sonra onlar evlərə daxil olaraq mobil telefonları, pulları və digər qiymətli əşyaları götürməyə başlayıblar, həmçinin mal-qara və digər heyvan sürülərini aparıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nigeriyada qarət nəfərin ölümünə səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ