Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 16:40
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmaya aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Səlahət Ağayev ("Neftçi), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Maqomedaliyev ("Qarabağ"), Maksim Medvedev ("Qarabağ"), Ömər Buludov ("Neftçi"), Bədavi Hüseynov ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev "Oleksandriya" Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Bəhlul Mustafazadə ("Qəbələ"), Qara Qarayev ("Qarabağ"), Riçard Almeyda ("Qarabağ"), Eddi İsrafilov ("Alkorkon, İspaniya), Emin Mahmudov ("Neftçi"), Əli Babayev ("Sumqayıt"), Aleksey İsayev ("Sumqayıt"), Dmitri Nazarov ("Erzgebirge" Aue , Almaniya), Mahir Emreli ("Qarabağ"), Rəşad Eyyubov ("Sabah"), Namiq Ələskərov ("Neftçi"), Araz Abdullayev ("Qarabağ"), Ramil
Şeydayev ("Krılya Sovetov " Rusiya), Rüfət Dadaşov ("Proysen" Münster, Almaniya), Mirabdulla Abbasov ("Neftçi"), Renat Dadaşov ("Eştoril ", Portuqaliya), Ağabala
Ramazanov ("Səbail")
Qeyd edək ki,Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.