Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 10:20
Bakı. Trend:
Rusiyanın Novosibirsk şəhərinin “Tolmaçovo” hava limanında uçuşdan qabaq təyyarənin mühərriki yanıb.
Trend-in məlumatına görə, S7 aviaşirkətinə məxsus və Vyetnama uçmalı olan təyyarədə 200-dən çox sərnişin olub.
Hadisədən sonra sərnişinlər və heyət üzvlər təxliyə olunub. Yanğının qarşısı qısa müddət ərzində alınıb.
Sərnişinlər hotellərə yerləşdirilib. Onların yeni təyyarə ilə təmin olunacağı deyilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin