Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 14:34
"CBC Sport"da yayımlanan "Foto+" verilişinin qonağı Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, futbolçu Zaqatalada edilən çəkilişdə biznesindən, ailəsindən bəhs edib. Mahir futbolda qazandığı pulları biznesə yatırdığını deyib.
Anası Elnurə Emreli bildirib ki, mahirin mal-qara biznesi var:
"Mahir bacardığı qədər Zaqatalada yatırım edir. Onun burada ferması var. Ötən ildən açılıb".
Dayısı isə Mahirin fındıq bağının da olduğunu bildirib.