Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 17:50
Xalq artisti Könül Xasıyevanın Şəkidə yerləşən evini satışa çıxarması ilə bağlı xəbər vermişdik.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, xanəndə evinə 130 min manat (75 min dollar) qiymət qoyduğunu bildirmişdi.
Hazırda isə Xasıyeva evin satış qiymətini aşağı salıb. O, 4 otaqdan ibarət olan evi üçün 60 min dollar istəyir.
Qeyd edək ki, K.Xasıyeva atasının ölümündən sonra anasının yaddaşını itirdiyini, onu Bakıya gətirdiyini söyləyib. O, Şəkidəki evi satıb, özünə Bakıda bağ evi tikdirəcəyini deyib.