Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp bütün impiçment ittihamlarını qəti şəkildə rədd edib

Tramp bütün impiçment ittihamlarını qəti şəkildə rədd edib

Tarix: 19 Yanvar 2020 09:46

ABŞ prezidenti Donald Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edib və ona bəraət verilməsini tələb edib.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Senata impiçment prosesinə çağırışa dair vəkillərin 7 səhifəlik cavabında deyilir.

Sənəddə bildirilir: "Prezident onun üçün mövcud olan bütün mümkün müdafiə hüquqlarını saxlayır... Cavabda və gələcək ifadədə göstərilən səbəblərdən Senat impiçmentə təqdim olunmanı rədd etməlidir".

Sənəddə qeyd edilir ki, Nümayəndələr Palatasında qəbul edilən ittihamlar D.Trampı cinayətlərdə və ya hər hansı bir qanunun pozuntusunda belə rəsmi olaraq ittiham etmir.

Bildirilir ki, prezidentin atdığı addımlar tamamilə qanuni, adekvat olub və milli maraqların irəliləyişi üçün atılıb.

Milli.Az


Etiketlər:  Tramp bütün impiçment ittihamlarını qəti şəkildə rədd edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ