Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"dan Valverde açıqlaması

Tarix: 16 May 2019 21:04

"Barselona" baş məşqçi Ernesto Valverdenin komandadan göndəriləcəyi ilə bağlı iddialara münasibət bildirib.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Xosep Bartomeu açıqlama verib. O, ispaniyalı mütəxəssisin komandada qalacağını deyib:

"Barselona" Valverde ilə yollarını davam etməkdən, onunla çalışmaqdan xoşbəxtdir. Onsuz da Ernesto ilə müqaviləmiz var və özü də komandadan qalacağını bildirib".

Qeyd edək ki, Kataloniya təmsilçisinin Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduğu cavab oyunudna sonra Valverdenin bu mövsümün sonu istefaya göndəriləcəyi xəbərləri yayılıb.

 


Etiketlər:  Barselonadan Valverde açıqlaması


RƏYLƏR