Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 20:04
Bakı. Samir Əli - Trend:
Mingəçevirdə bir gündə 3 azyaşlı yıxılaraq xəsarət alıb.
Trend-in məlumatına görə, aprelin 18-də şəhər sakini, 2012-ci il təvəllüdlü Umudzadə Ruslan Vüqar oğlu həyətlərində hündürlükdən yıxılıb. Nəticədə uşaq başın qapalı travması ilə xəstəxanaya yerləşdirilib.
Həmin gün şəhərin Ə.Vahid küçəsində, şəhər sakini, 2004-cü il təvəllüdlü Mahmudov Məhəmməd Bəhruz oğlu da yaşadığı evin pilləkənindən yıxılaraq xəsarətlər alıb.
Şəhərin N.Vəzirov küçəsində yaşayan, 2005-ci il təvəllüdlü Salmanov Vüsal Qabil oğlu isə hasardan tullanarkən yıxılıb. Nəticədə 14 yaşlı yeniyetmənin mil sümüyü sınıb.
Hər 3 faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin