Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted"in qapıçısı qəza törətdi

Tarix: 20 Yanvar 2020 17:32

"Mançester Yunayted"in qapıçısı Serxio Romero qəza törədib.

Qol.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, hadisə klubun bazasına yaxın yerdə baş verib.

33 yaşlı qolkiper komandanın məşqinə tələsərkən 200 min avro dəyəri olan "Lamborgini" markalı avtomobili ilə qəzaya uğrayıb. Klubdan verilən açıqlamada argentinalı qapıçının xəsarət almadığı bildirib.

Qeyd edək ki, Romero bu mövsüm "qırmızı şeytanlar”ın heyətində 9 oyuna çıxıb və 2 qol buraxıb.
 


Etiketlər:  Mançester Yunaytedin qapıçısı qəza törətdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ