Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanlı politoloq: ''20 Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin təşəkkülünə gətirib çıxardı''

Gürcüstanlı politoloq: ''20 Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin təşəkkülünə gətirib çıxardı''

Tarix: 20 Yanvar 2020 18:51

20 Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin təşəkkülünə gətirib çıxardı.

Sonxeber.net bildirir ki, bunu Trend-ə gürcüstanlı politoloq Gela Vasadze deyib.

O bildirib ki, 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr mərkəzi hakimiyyətin imperiyanın dağılmasına reaksiyası idi:

"Kremldə kimlərəsə elə gəlirdi ki, müstəqillik tələb etməyə başlamış xalqları qorxutmaq kifayətdir və hər şey köhnə qaydada davam edəcək. Amma tarixin öz məntiqi var. Bu hadisələrdən sonra kommunist rejimi insanların gözündə ölkə idarə etmək üçün mənəvi haqqını itirdi və onun sonu yaxınlaşdı. Gürcüstanda sovet hakimiyyətinin sonu 1989-cu ilin aprelində, Azərbaycanda isə 1990-cı ilin yanvarında çatdı".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.


Etiketlər:  Gürcüstanlı politoloq Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin təşəkkülünə gətirib çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ