Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 19:50
PSG-nin futbolçusu Layven Kurzava yeni mövsümdə karyerasını İngiltərədə davam etdirəcək.
Sonxeber.net Goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Arsenal" ilə razılıq əldə edib.
Fransız futbolçunun "Arsenal"la 5 illik müqaviləyə razılaşdığı və yayda London klubuna keçəcəyi bildirilir.
Qeyd edək ki, 2015-ci ildən PSG-nin formasını geyinən Kurzavanın müqaviləsi mövsümün sonuna qədərdir.