Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 05:00
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp öz ölkəsinin Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə D.Trampın Konqressə yönəltdiyi bildirişdə deyilir.
Bildirişdə deyilir: "Mən qərara gəldim ki, onun iqtisadi inkifına əsaslanaraq mayın 17-dən Türkiyənin inkişafda olan ölkə-resipient statusuna yekun vermək lazımdır".
Xatırladaq ki, bu qərarı qəbul etmək niyyətini D.Tramp mart ayında bəyan etmişdi.
Qeyd edək ki, D.Trampın bu qərarı Türkiyə mallarının ABŞ-a ixrcına mənfi təsir göstərəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin