Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 10:50
Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Markl kral ailəsindən ayrıldıqlarını elan ediblər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə Harri sosial şəbəkədə yazıb:
"Son bir neçə həftə ərzində nə eşitdiyinizi və oxuduğunuzu təsəvvür edə bilmirəm. Ona görə də həqiqətləri məndən eşitməyinizi istəyirəm. Bir şahzadə kimi deyil, bir Harri kimi. Siz Meqana qucaq açdınız. Mən Meqanda axtardığım xoşbəxtliyi və sevgini tapdım. Həyat yoldaşım kimi seçdiyim xanım mənimlə eyni dəyərləri bölüşür.
Meqanla ailə quranda ümid dolu və həyəcanlıydıq. Xidmət etmək üçün buradaydıq. İşlərin bu yerə gəlib çatması mənim üçün böyük kədərdir. Bizim üçün kral ailəsinin vəzifələrindən imtina etmək çox çətin idi.
Bilirəm ki, mən həmişə düzgün seçim etməmişəm. Lakin bu məsələdə başqa seçim yox idi. Biz sizdən ayrılmırıq. Kraliçamıza dövlət maliyyəsi olmadan xidmət etməyi ümid edirdik. Təəssüf ki, bu mümkün olmadı. Ümid edirik ki, anlayışla qarşılayacaqsınız. Ailəmi bildiyim hər şeydən bir addım geri çəkdim. Bu addımı hüzurlu bir həyatımın olacağına ümid etdiyim üçün atdım. İngiltərə mənim evimdir və mən buranı sevirəm. Bu heç vaxt dəyişməyəcək".