Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"la müqavilə imzalamaq üçün düşərgəni tərk etdi

Tarix: 21 Yanvar 2020 11:52

"Qarabağ"ın transfer etmək istədiyi  Ovusu Kvabena icarədə olduğu İspaniyanın "Kordoba" klubununun düşərgəsini tərk edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Sequnda təmsilçisi komandada oyunçu çatışmazlığı səbəbindən bazar günü keçiriləcək yoxlama görüşünə kimi onu düşərgədə saxlamaq istəsə də, bu alınmayıb. Qanalı hücumçu "Qarabağ"la müqavilə imzalamaq üçün Madridə gedib. Onun oradan Ağdam klubunun təlim-məşq toplanışından olduğu Antalyaya gedəcəyi gözlənilir.

Qeyd edək ki, O.Kvabena müqavilə ilə "Leqanes"ə məxsusdur. Onun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.
 

 


Etiketlər:  Qarabağla müqavilə imzalamaq üçün düşərgəni tərk etdi


RƏYLƏR