Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 14:39
Bakı. Trend:
ASAN Könüllülərinin iştirakı ilə yanvarın 19-da Beynəlxalq Muğam Mərkəzində “30 illik Qanlı Yanvar” adlı kompozisiya nümayiş olunub.
Trend-in məlumatına əsasən, kompozisiya “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Mədəniyyət Carçısı” proqramı çərçivəsində təşkil olunub.
Tədbirdən əvvəl ASAN Könüllüləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Daha sonra tədbir BMM-də davam etdirilib. Tədbir boyunca 30 il əvvəl Bakıda və Azərbaycanın bir neçə rayonunda keçmiş SSRİ qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə divan tutulması, Bakını zəbt edərək misli görünməmiş qəddarlıq və vəhşilik törətməsini əks etdirən kompozisiya nümayiş olunub. 20 Yanvar hadisələrini əks etdirən və video görüntülərlə təqdim edilən kölgə kompozisiyası tədbir iştirakçılarına, xüsusən də gənclərə Qanlı Yanvar hadisələrinin hüzn və kədərini çatdırmaqla bu hadisənin hər zaman yaddaşlarda yaşayacağını, şəhidlərimizin xatirəsinin əbədiliyini nümayiş etdirmiş oldu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin