Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib

Tarix: 21 Yanvar 2020 15:48

Bakı. Trend:

IDEA İctimai Birliyi ağac kəsilməsi, vəhşi heyvanların qanunsuz saxlanması və qaçaqmalçılığı ilə yanaşı, artıq küçə və digər ictimai yerlərdə su sızmalarının aşkar edilməsi halları ilə rastlaşdıqları zaman da vətəndaşları IDEA-nın “1113 - Təbiətin təcili yardımı” qaynar xəttinə məlumat verməyə çağırır.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, xüsusi yaradılmış eyniadlı mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə təxirəsalınmaz tədbirlər görəcəkdir.

Məlumdur ki, su həyatı təmin edən əvəzolunmaz nemətdir. Amma təəssüf ki, əksər ölkələrdə məişət suyu itkiləri 20-70% arasındadır və bu itkilər suyun küçə və digər ictimai yerlərdə sızması nəticəsində baş verir. Bununla da, əhalisi sürətlə artan dünyada şirin suyun mövcudluğu daha da məhdudlaşa bilər. Su ehtiyatlarından səmərəli istifadə etmək və su itkilərini əhəmiyyətli dərəcədə azaltmaq qarşıda duran önəmli məslələlərdəndir.

Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi bir daha hər kəsi ətraf mühitə qarşı məsuliyyətli olmağa, su israfına yol verməməyə və su təchizatı şəbəkələrində sızma və ya qəzalar ilə bağlı dərhal “1113” qaynar xəttinə məlumat verməyə çağırır!

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş yüzlərlə vətəndaş şikayəti üzrə tədbir görülmüşdür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ