Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 18:32
Bakı. Trend:
“Real” “Flamenqo”nun yarımmüdafiəçisi Reynyeri transfer etməsi ilə bağlı məlumat yayıb.
Trend-in məlumatına görə, 18 yaşlı braziliyalı Madrid klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. İspaniya təmsilçisi gənc futbolçuya görə 30 milyon avro ödəyib. Reynyer gələn ayın ortalarında “Real”ın əvəzedicilərdən ibarət “Kastilya” komandasına qoşulacaq.
Qeyd edək ki, Reynyer ötən il 17 yaşlıların Amerika Kubokunda Braziliya millisinin kapitanı olub və 3 qol vurub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin