Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirin aeroportlarında yenilik

Misirin aeroportlarında yenilik

Tarix: 22 Yanvar 2020 01:32

Misirin Qahirə, Şarm əl-Şeyx, Luksor və Asuan aeroportlarında yaxın günlərdə qədim arxeoloji reproduksiyalar satışa çıxarılacaq. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Misirin Qədim Abidələr Nazirliyinin arxeoloji modellər məmulatları şöbəsi reproduksiyaların ilk partiyasının 20 gün müddətinə ölkə paytaxtının hava limanının "free shop" mağazalarına veriləcəyini bildirib. Bu satış layihəsi həmin nazirliklə Mülki Aviasiya İdarəsi arasında protokola əsasən həyata keçirilir.

Nazirliyin şöbə müdiri Amro əl-Teyibi bildirib ki, satışa çıxarılacaq reproduksiyalar qədim arxeoloji abidələr üzrə yüksək mütəxəssislərin nəzarəti altında hazırlanıb. Onun sözlərinə görə, Misirin müvafiq təşkilatları Qədim Misir abidələrinin təsvirləri və heykəllərin əsasında hazırlanan suvenirlərin keyfiyyətli olmasına xüsusi diqqət yetirirlər. Bu satışlardan əldə olunacaq gəlir isə reproduksiyaların və suvenirlərin istehsalının artırılmasına yönəldiləcək. Şöbə müdiri əlavə edib ki, gələcəkdə bu məhsulların xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Qeyd olunub ki, rəsmi satışa çıxarılacaq arxeoloji reproduksiyaların əqli mülkiyyət hüquqlarının qorunması sayəsində Misirin mədəni və sivilizasiya irsinin təbliğinə daha çox sərmayə qoymaq mümkün olacaq.


Etiketlər:  Misirin aeroportlarında yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ