Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 07:56
ABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib.
Yoluxma hadisə Vaşinqton ştatında aşkar edilib - xəstəlik yaxınlarda Çindən gəlmiş 30 yaşlı kişidə tapılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
Dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyi barədə məlumat verib. Yanvarın 7-də Çin mütəxəssisləri xəstəliyin törədicisini - 2019-nCoV - koronavirusunu təyin ediblər.