Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şehiç ''Trabzonspor''a keçə bilər

Şehiç ''Trabzonspor''a keçə bilər

Tarix: 17 May 2019 12:12

"Qarabağ"ın sabiq qapıçısı, hazırda Türkiyə Superliqa təmsilçisi "Ərzurumspor"da çıxış edən İbrahim Sehiç klubunu dəyişə bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Trabzonspor" 30 yaşlı qolkiperlə maraqlanır. Trabzon  klubunun bu mövsüm başa çatdıqdan sonra onunla danışıqlara başlayacağı bildirilib. Xəbərdə Şehiçin aşağı liqaya düşmək təhlükəsi olan "Ərzurumspor"dan ayrılmaq ehtimalının yüksək olduğu iddia edilib.

Qeyd edək ki, Şehiç bu mövsüm 30 matçda 36 qol buraxıb. O, 9 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi  "Qarabağ"da çıxış edən Şehiç ötən yayda "Ərzurumspor"a keçib.

 


Etiketlər:  Şehiç Trabzonspora keçə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR