Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Siti'' ''Barselona''ya rəqib oldu - Qrizmannı istəyirlər

''Siti'' ''Barselona''ya rəqib oldu - Qrizmannı istəyirlər

Tarix: 17 May 2019 12:28

Bu mövsümün sonu "Atletiko"dan ayrılacağını açıqlayan Antuan Qrizmannı transfer etmək istəyən klubların siyahısına daha bir əlavə olunub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Mançester Siti" fransalı hücumçu ilə maraqlanır. Bildirilir ki, İngiltərə təmsilçisi 28 yaşlı oyunçu üçün "Barselona"dan daha çox məbləğ verməyə hazırdır.

Qeyd olunub ki, əgər Qrizmann yüksək maaş verəcək kluba keçmək istəsə, Kataloniya təmsilçisi onu almaq üçün mübarizə  aparmayacaq və bu transferdən imtina edəcək.

Bundan əvvəl "Barsa"nın Qrizmanna illik 17 milyon avro qazanacağı müqavilə təklif etdiyi iddia olunub.

Əlavə edək ki, Qrizmannla "Bavariya"nın da maraqlandığı bildirilir.

 


Etiketlər:  Siti Barselonaya rəqib oldu Qrizmannı istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ