Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rəqibimiz çox istəkli oyun göstərdi” – özbəkistanlı məşqçi

“Rəqibimiz çox istəkli oyun göstərdi” – özbəkistanlı məşqçi

Tarix: 23 Yanvar 2020 08:34

"Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu futzal üzrə Özbəkistan milli komandasının baş məşqçisi Bahodir Ahmedov deyib.

Asiyalı mütəxəssis Azərbaycan millisi ilə Bakıdakı yoxlama oyunu barədə fikirlərini açıqlayıb: "Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük. Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır".

Qeyd edək ki, Azərbaycan yığması Özbəkistana 4:3 hesabı ilə qalib gəlib.

Milli.Az


Etiketlər:  Rəqibimiz çox istəkli oyun göstərdi özbəkistanlı məşqçi


RƏYLƏR