Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 14:24
Bakı. Ləman Zeynalova, Cani Babayeva - Trend:
Bolqarıstan gimnastı Neviana Vladinova Avropa çempionatında finala çıxmağı hədəfləyir.
Bunu Trend-ə müsahibəsində gimnast özü deyib.
O, Milli Gimnastika Arenasında çıxış etməkdən məmnun olduğunu bildirib:
“Məqsədim yalnız finala çıxmaqdır. Mən Bakıda digər turnirlərdə də iştirak etmək niyyətindəyəm”.
N.Vladinova tamaşaçıların dəstəyini xüsusi qeyd edib.
Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.
Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.
Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.
Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin