Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİM dizayner olmaq istəyən abituriyentlərə müraciət edib

DİM dizayner olmaq istəyən abituriyentlərə müraciət edib

Tarix: 23 Yanvar 2020 17:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 2019-cu il 25 noyabr tarixində keçirilən iclasda 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu və proqramı DİM nümayəndələrinin iştirakı ilə bu ixtisas üzrə mütəxəssis hazırlığı aparılan təhsil müəssisələrinin ekspertləri tərəfindən müzakirə edilib.

Müzakirələrdən sonra qəbul edilmiş qərarlara əsasən, 2020/2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Texnologiya Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Mühəndislik Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər isə Rəsm və Kompozisiya fənləri üzrə qabiliyyət imtahanı verəcəklər.

Rəsm fənni üzrə qabiliyyət imtahanında gipsdən olan antik baş çəkiləcəkdir və tapşırığın işlənməsinə 8 akademik saat vaxt verilir.

Kompozisiya fənni üzrə qabiliyyət imtahanında verilmiş mövzuya aid spektrin təqdim olunmuş rəng çevrəsinə uyğun həndəsi fiqurlardan ibarət kompozisiya çəkiləcəkdir və tapşırığın işlənməsinə 6 akademik saat vaxt verilir.

Qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  DİM dizayner olmaq istəyən abituriyentlərə müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ