Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən asan təmir olunan qacetlər hansılardır? – SİYAHI

Ən asan təmir olunan qacetlər hansılardır? – SİYAHI

Tarix: 23 Yanvar 2020 22:20

"iFixit" laboratoriyasının mütəxəssisləri ötən ilin ən davamlı, praktik və asan təmir olunan qacetlərinin reytinq siyahısını tərtib edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, mütəxəssislər reytinq siyahısını tərtib edərkən qacetləri sadə və praktik olmaqla iki qrupa bölüblər.

Siyahıya ötən ilin avqust ayında anons edilən Fairphone 3 modul smartfonu liderlik edir. Konstruksiyasına görə cihaz evdə də asanlıqla sökülə bilər. Əvəzedici komponentlər isə rəqəmsal avadanlıqlara xidmət göstərmək üçün minimal bacarıq tələb edir. Qacet iFixit ekspertləri tərəfındən 10 balla qiymətləndirilib.

Siyahıda ikinci yerdə Mac Pro (2019) gəlir. Bu qacet sadə daxili nizam quruluşu ilə fərqlənir. Model 9 balla qiymətləndirilib. Sökülmə asanlığına görə isə 8 bal alıb.

Daha sonra siyahıda Apple AirPods Pro TWS qulaqlıqları gəlir. Reytinqdə 16 dyümlük Apple MacBook Pro (2019) ləptopu də yer alıb. Samsung Galaxy Fold isə mütəxəssislər tərəfindən 2 balla qiymətləndirilib. Microsoft Surface Laptop 3 notbuku isə 5 bal alaraq, reytinqə düşüb. Mütəxəssislərin fikrincə, sözügedən notbuk asan və praktik təmir oluna bilər.

Milli.Az


Etiketlər:  Ən asan təmir olunan qacetlər hansılardır SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ