Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla bağlı Serbiya hökuməti aeroportda xüsusi yoxlama tətbiq edib

Koronavirusla bağlı Serbiya hökuməti aeroportda xüsusi yoxlama tətbiq edib

Tarix: 24 Yanvar 2020 08:34

Serbiya hökuməti Belqraddakı Nikola Tesla Beynəlxalq Hava Limanında dünyada təhlükə yaradan koronavirusa qarşı xüsusi yoxlama tətbiq edib. Bu barədə ölkənin Səhiyyə naziri Zlatibor Lonçar məlumat verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Serbiyada bu vaxtacan sözügedən virusun daşıyıcısına rast gəlinməyib. Ağır respirator xəstəlik yaradan koronavirusun ilk əlamətləri Çində aşkarlandığı üçün bu ölkədən gələn və ya bu ölkədə son zamanlarda olmuş bütün turistlər virusa qarşı xüsusi yoxlamaya məruz qalacaq.

Yoxlama zamanı temperaturu yüksək olan və ya özünü pis hiss edən hər kəs xüsusi karantin otağına göndərilərək ciddi infeksion analizlər alınır.

Serbiyada Çindən olan minlərlə miqrant yaşayır və işləyir.


Etiketlər:  Koronavirusla bağlı Serbiya hökuməti aeroportda xüsusi yoxlama tətbiq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ