Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xırdalanda maşın iki şagirdi vurdu - Qəza anının VİDEOsu

Xırdalanda maşın iki şagirdi vurdu - Qəza anının VİDEOsu

Tarix: 24 Yanvar 2020 09:26

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 məktəbli xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qəza anının videosunu təqdim edirik:

Milli.Az


Etiketlər:  Xırdalanda maşın iki şagirdi vurdu Qəza anının VİDEOsu


RƏYLƏR