Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 17:16
Güney Azərbaycanın Mərənd şəhərinin zindanında həbsdə yatan azərbaycanlı milli mədəni fəal Cavad Rəhimzadə dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, o, məhbusların həbsxana rəisi tərəfindən təzyiqlərə məruz qalması, məhbuslara və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq belə bir addım atıb.
Məlumata görə, həbsxana rəisi bu vəzifəyə təyin olunduğu gündən məhbuslara qarşı qeyri-insani rəftar edir.