Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 22:48
Şəkidə 29 yaşlı gənc ehtiyatsızlıqdan barmaqlarını kəsib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Oxut kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Toğrul Sahib oğlu həyətdə iş görən zaman elektrik mişarı ilə sol əlinin iki, üç və dördüncü barmaqlarının üst hissəsini kəsib. Yaralı yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanada yaralıya yardım göstərilib, barmaqların kəsilmiş hissələrinə tikiş qoyulub. Müalicəsi davam etdirilir.