Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ''nin son sınağı

''Qəbələ''nin son sınağı

Tarix: 25 Yanvar 2020 11:12

Antalyada təlim-məşq toplanışı keçirən "Qəbələ" bu gün son yoxlama oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı qaralar" Rumınyanın "Konkordiya" komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Qeyd edək ki, bunadək üç yoxlama oyunu keçirən "Qəbələ" Macarıstanın MTK (0:3), Rusiyanın "Çayka" (3:0) və Bolqarıstanın "Etar" (0:0) komandaları ilə üz-üzə gəlib.

Milli.Az


Etiketlər:  Qəbələnin sınağı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR