Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 14:05
Murad Arifin müəllifi olduğu "Popumuz var" Youtube layihəsinin növbəti qonağı Əməkdar artist Bəhram Bağırzadə olub.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, verilişdə bir çox mövzulara toxunan Bağırzadə ərəblərin Bakının mərkəzində etdiyi nalayiq hərəkətlərdən söz açıb.
Bu cür hərəkətlərin bizim cəmiyyətdə yolverilməz olduğunu bildirib və ərəb kişilərinin Azərbaycan qadınlarına etdiyi əxlaqsız hərəkətləri sərt şəkildə tənqid edib.
Əməkdar artist hətta Azərbaycan qadınını ərəb oğlana təklif edən birini döydüyünü də deyib:
"Ərəblər Bakının mərkəzində, "Torqovı"da gəzişir, nalayiq hərəkətlər edirlər. Bu, heç bir azərbaycanlı kişinin xoşuna gəlmir. Kimsə biqeyrətliyi, binamusluğu, bişərəfliyi, oğraşlığı boynuna götürübsə, bu, onun problemidir. Mən götürmürəm! O günləri birisinin çənəsinə "prava bokovoy" qoydum.
Azərbaycan qızını milli paltarda ərəblərə təklif edirdi. Kül onun kişi başına! Çox biabırçı vəziyyətdə qoymuşdu. Ərəblər dayanıb, baxıb gülürdülər. "Sutenor" deyildi, başqa işlərlə məşğul idi. Sadəcə, Azərbaycan qızını təhqir edirdi ki, baxın, belələri də var. Mən bunu gördüm, hər şeyi yaddan çıxartdım. Ərəblər görə-görə cumdum, ona bir dənə "bokovoy" qoydum. Düzdür, sonra problemlərim yarandı və sairə, amma mən bunu etdim".