Tarix: 25 Yanvar 2020 20:20
“Qarabağ” bu gün ikinci, Antalya toplanışı çərçivəsində isə sonuncu yoxlama matçına çıxıb.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Jakub Jezniçakın hazırkı klubu “Visla” (Polşa) ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın qollarını Mahir Emreli (18-pen.) və Xaymer Romero (52) vurub.
Qeyd edək ki, “Qarabağ” günün ilk sınaq matçında Çexiya təmsilçisi “Siqma”ya uduzub – 1:3.
Xatırladaq ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə üstələyib - 1:0.