Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu, ABŞ-ın təxribatıdır” - Jirinovski koronavirus haqda

“Bu, ABŞ-ın təxribatıdır” - Jirinovski  koronavirus haqda

Tarix: 25 Yanvar 2020 23:12

Çində yayılmış koronavirus ABŞ-ın təxribatıdır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  bu fikri "Tatyana günü" münasibəti ilə Dünya Sivilizasiyaları İnstitununda müəllim və tələbələrin qarşısında çıxış edən Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski səsləndirib.

"Həqiqətənmi yeni qrip növüdür, yoxsa kiminsə təxribatıdır? ABŞ. İqtisadiyyat. Və amerikalılar qorxur ki, onlar Çini ötə bilməyəcəklər və ya bərabər ola bilməyəcəklər", - o deyib.

"Bir ay ərzində hər şey bitəcək. Bu, təxribat idi. Dərmanlar alındı, kimsə milyarder oldu. Onlar əsasən İsveçrədə yaşayırlar", - mənbə Jirinovskinin sözlərini sitat gətirir. 

Milli.Az


Etiketlər:  Bu ABŞ ın təxribatıdır Jirinovski koronavirus haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ