Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 23:16
Rəcəb Tayyib Ərdoğan iş proqramında dəyişiklik edərək ötən gün 6,8 bal gücündə zəlzələnin dağıntılar törətdiyi Elazığ şəhərinə gedib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti zəlzələ nəticəsində ölən Ayşe Civelek və 10 yaşlı oğlu Məhəmməd Salihin vida mərasimində iştirak edib və onların cənazəsini çiynində daşıyıb.
Mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcək, heç kəs diqqətdən kənarda qalmayacaq:
"Zəlzələnin nəticələri qısa müddətdə aradan qaldırılacaq, qəzalı vəziyyətə düşən binalar söküləcək, yerində yeniləri tikiləcək. .
Qeyd edək ki, zəlzələ nəticəsində 22 nəfər dünyasını dəyişib, 1030 nəfər xəsarət alıb. 40 nəfər dağıntılar altından çıxarılıb, 21 nəfərin isə axtarışları davam etdirilir.