Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 10:56
Tbilisidə böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilən iki Azərbaycan vətəndaşı saxlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Naziri məlumat yayıb.
35 yaşlı X.N. və 38 yaşlı N.Q. Kvemo-Kartli Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb.
Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir.