Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 12:26
"Roma" ciddi itki ilə üzləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Amadu Diavara uzun müddətə sıradan çıxıb.
O, İtaliya kuboku çərçivəsində "Yuventus"a qarşı keçirilən oyunda aldığı zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olmuşdu. Ətraflı müayinədən sonra 22 yaşlı futbolçunun sol dizindən aldığı zədənin ciddi olduğu müəyynləşib. Onun əməliyyat olunması lazımdı. Bu zaman yarımmüdafiəçi 10-12 həftə yaşıl meydanlardan kənarda qalmalıdı. Amma futbolçu 3-4 həftəlik müalicə ilə yenidən komandasına kömək etməyə qərar verib.
Qeyd edək ki, Diavara bu mövsüm "Roma"da 19 oyuna çıxıb, 1417 dəqiqə meydanda olub.