Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb

Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb

Tarix: 26 Yanvar 2020 18:12

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 259,6 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu dövrdə büdcədən 20 milyard 175,3 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait xərclənib, büdcənin icrasında 1 milyard 084,3 milyon manatlıq (ümumi daxili məhsulun 1,5 faizi qədər) profisit yaranıb.

Daxilolmaların 21,90 faizi əlavə dəyər vergisi, 11,27 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,60 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,90 faizi fiziki şəxslərin gəlir vergisi, 3,84 faizi aksizlər, 1,56 faizi sadələşdirilmiş vergi, 2,22 faizi vergilərin digər növləri, 49,71 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 31,47 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,10 faizi təhsil və səhiyyə, 10,59 faizi sosial müdafiə və sosial təminat sahələrinin, 44,84 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ