Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təkrari abort və düşükləri bu diabet dərmanı ilə müalicə edəcəklər - YENİLİK

Təkrari abort və düşükləri bu diabet dərmanı ilə müalicə edəcəklər - YENİLİK

Tarix: 26 Yanvar 2020 21:12

Böyük Britaniyada alimlər təkrari düşükləri adi diabet dərmanı ilə müalicə etməyi təklif edib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, təkrarlanan düşüklərə 2 və daha çox sayda hamiləliyin eyni həftədə pozulmasıdır. Bu zaman qadının sağlam hamiləliyi başa vurub, uşaq doğmaq şansı da azalır.

Araşdırmalar göstərib ki, buna səbəb uşaqlığın selikli qişasında kök hüceyrələrin çatışmamasıdır.

Və məlum olub ki, yeni "qliptin" adlı diabet dərmanı uşaqlıqda kök hüceyrələrin daşınmasını təmin edən fermenti çoxaldır. Bu ferment DPP 4 adlanır.

Elmi tədqiqatda alimlər qliptinin sitaqliptin sinfindən istifadə ediblər.
Təcrübədə 38 qadın iştirak edib. Onlardan hər biri 2-3 dəfə düşük edib.

Bİr qrup qadın 3 menstrual tsikl boyu sitaqliptin müalicə kursu alır, digər qrup isə plasebo dərman qəbul edir.

Təcrübənin sonunda uşaqlıqdan biopsiya alınaraq, kök hüceyrələrin miqdarı ölçülür.

Məlum olub ki, sitaqliptin qəbul edən qadınlarda bu hüceyrələr 68% çoxalıb. Digər qrupda isə heç bir dəyişiklik olmayıb.

Preparatın əks təsiri mininal olub.

Alimlər hesab edir ki, bu terapiya çoxsaylı düşük edən qadınlar üçün gələcəyin effektiv müalicə metodu ola bilər.


Etiketlər:  Təkrari abort düşükləri diabet dərmanı ilə müalicə edəcəklər YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ