Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 22:18
Gündəlik yemək rasionuna bananın əlavə edilməsi qan təzyiqini nəzarətdə saxlamaqda və yüksək təziyiqi aşağı salmaqda effektiv ola bilər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hipertoniyanın profilaktikası üsulları ilə məşğul olan "Blood Pressure UK" təşkilatının britaniyalı mütəxəssisləri danışıb.
"Express" yazır ki, onlar bananın hipertoniyadan əziyyət çəkənlərin vəziyyətinə müsbət təsir etməsini aşkarlayan "Kasturba" tibb kollecinin hindistanlı alimlərinin tədqiqatına istinad edirlər. Məlum olmuşdu ki, gündəlik olaraq qidaya iki ədəd bananın əlavə edilməsi qan təzyiqinin 10% aşağı düşməsini təmin edə bilər.
Bu effekti ekspertlər bananın tərkibində olan kaliumla əlaqələndirir. Bir ədəd meyvənin tərkibində 420 mq kalium var. Alınan nəticələr "Current Science" jurnalında dərc edilmişdi.
Beləliklə, "Blood Pressure UK" təşkilatının nümayəndələri qeyd edir ki, kaliumla zəngin meyvələr hipertoniya ilə mübarizədə kömək edir. Onların bu nəticəsini Amerika Kardiologiya Assosiasiyasının mütəxəssisləri də dəstəkləyir. Bundan başqa, kalium qan damarlarının divarlarındakı gərginliyi azaltmağa kömək edir, nəticədə qan təzyiqi daha da aşağı düşür.
Britaniyalı ekspertlər kaliumla zəngin digər məhsulları da açıqlayıb. Onların arasında ərik və ərik şirəsi, avokado, qreypfrut, göyərti, göbələk, portağal, noxud, kartof, pomidor yer alıb.