Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 11:50
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) və Yeni il bayramına görə Vuhan şəhərini 5 milyondan çox insan tərk edib.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Cjou Syanvan məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə 9 milyon sakin qalıb. O, həmçinin əlavə edib ki, virusa yoluxanların sayı daha min nəfər arta bilər:
"Hazırda 2209 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onların analizlərinin cavabını gözləyirik. Bunun üçün müəyyən vaxt lazımdır. Eyni zamanda 637 pasiyentdə yüksək qızdırma müşahidə olunur.
Təxminlərimizə görə, hal-hazırda yoxlanılan 2.7 min insanın 45 faizinə virusa yoluxma diaqnozu qoyulacaq. Odur ki, müalicəyə daha minə yaxın insan cəlb edilə bilər".