Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 22:06
Böyük Britaniyanın Maliyyə naziri Səcid Cavid ölkənin gələn həftə Avropa İttifaqından çıxması (Brexit) münasibətilə yeni xatirə sikkəsini təqdim edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, nazir Avropa İttifaqından ayrılmağın Britaniya tarixində dönüş nöqtəsi olduğunu və sikkələrin bu yeni fəslin başlanğıcını göstərdiyini söyləyib.
Üç milyona yaxın "Brexit" sikkəsi cümə günündən etibarən dövriyyəyə buraxılacaq, daha yeddi milyonu isə ilin sonunda əlavə ediləcək.
Üzərində sülh, firavanlıq və bütün millətlərlə dostluq yazısı və 31 yanvar tarixinin əks olunduğu sikkələrdən biri Baş nazir Boris Consona təqdim ediləcək.